Sərxoşluq səbəbindən qəzaların sayı azalır
Elxan İbrahimov müavinini vəzifəsindən azad edib
Mehmet Akif Ersoy saxlanılıb
Şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma başlayıb
Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb


18.11.2025  13:02 

Füzulidə 14 illik idarəçilik: Bu kreslo niyə dəyişmir?





A+  A-

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 25 fevral 2011-ci ildən etibarən eyni vəzifədə fəaliyyət göstərir. Bu isə o deməkdir ki, artıq 14 ildir Füzuli rayonunun bütün icra hakimiyyəti, idarəçilik və yerli qərarvermə prosesləri eyni şəxs tərəfindən yönləndirilir. Azərbaycan kimi idarəçilik modelində icra başçılarının təyin edilməsi Prezident səlahiyyətinə aid olsa da, eyni rayonun uzun illər ərzində tək bir rəhbərin əlinə təhvil verilməsi bir sıra vacib sualları gündəmə gətirir. Sualın mahiyyəti sadədir: bir rayonun taleyi niyə illərlə eyni şəxsin əlində qalmalıdır və bu, ictimai idarəçilik baxımından nə dərəcədə ədalətli modeldir?

İdarəçilikdə uzunmüddətli “sabitlik” tərəfdarları adətən belə arqument irəli sürürlər ki, dəyişməz rəhbər bölgədə ardıcıllıq yaradır, yarımçıq layihələr tamamlanır, yeni idarəçi gələndə sıfırdan başlanmır və koordinasiya pozulmur. Lakin bu arqument yalnız nəzəri səviyyədə cəlbedici görünür. Praktikada isə 10 ildən artıq dəyişməz rəhbərlik hər zaman ciddi risklər yaradır: şəffaflıq azalır, hesabatlılıq zəifləyir, yerli strukturlar bir nəfərin iradəsinə həddindən artıq bağlanır, korrupsiya riski artır və bölgədə sosial dinamika dayanır. Rəhbərlik dövretməsi olmayan yerdə nəzərətsizlik təsəvvürü yaranır, ictimai tələbatla idarəçilər arasında məsafə böyüyür.



Füzuli rayonu ölkə üzrə ən həssas bölgələrdən biridir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, böyük həcmli büdcə vəsaitlərinin bölgəyə axını, infrastruktur layihələrinin sürətlə həyata keçirilməsi burada şəffaf idarəçilik tələb edən çoxsaylı proseslər yaradıb. Belə məqamda icra başçısının uzun illər dəyişməməsi nəinki texniki, həm də siyasi və sosial baxımdan suallar yaradır. İctimai nəzarətin zəif olduğu mühitdə bir şəxsin ardıcıl olaraq 14 il boyunca bütün proseslərə nəzarət etməsi demokratik prinsiplərə uyğun görünmür və bölgə sakinlərində haqlı narazılıq hissi formalaşdırır.

Müasir idarəçilikdə rəhbərlərin müəyyən illərdən dəyişməsi normal və səmərəli təcrübə sayılır. Bir çox ölkələrdə yerli icra orqanlarında rəhbərlərə 4–8 illik limitlər tətbiq olunur. Bunun səbəbi sadədir: heç bir məmur bir regionun daimi sahibi olmamalıdır. Rəhbərin dəyişməsi yeni baxış, yeni yanaşma, yeni komanda və yeni ictimai ünsiyyət deməkdir. Uzunmüddətli dəyişməzlik isə yeniliklərin qarşısını kəsir və idarəetməni şəxsiləşdirir.



Füzuli sakinləri illərdir ki, eyni idarəetmə modelinin nəticələrini yaşayırlar. Bu modelin real sosial-iqtisadi göstəricilərə nə dərəcədə müsbət təsir göstərdiyi isə ayrıca araşdırma mövzusudur. Amma fakt odur ki, ölkənin sürətlə dəyişdiyi, regionların inkişaf standartlarının yeniləndiyi, böyük layihələrin həyata keçdiyi bir zamanda, bir rayonun rəhbərliyinin 14 il dəyişməməsi idarəçilik fəlsəfəsi ilə uzlaşmır. Dövlət qurumları insanlarla işləyən strukturlardır və bu strukturlar canlı, dəyişən və yenilənən olmalıdır.

Füzuli kimi mühüm və strateji rayonun uzun illər eyni idarəçinin öhdəsində qalması təkcə ədalət sualı doğurmur, həm də idarəetmənin modernləşməsi ehtiyacını gündəmə gətirir. Rəhbərlik kreslosunun uzun müddət “tək sahiblikdə” qalması sosial ədalət baxımından anlaşılmaz, idarəçilik baxımından isə ziyanlıdır. Bu səbəbdən ictimai rəy getdikcə daha açıq şəkildə bildirir ki, bölgədə idarəçilikdə dəyişiklik təkcə arzuolunan deyil, həm də vacibdir.

N.Oruclu


Xəbər 1609 dəfə oxunub.



10.12.2025  10:20 

Mehmet Akif Ersoy saxlanılıb

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü


BÜTÜN XƏBƏRLƏR +