Sərxoşluq səbəbindən qəzaların sayı azalır
Elxan İbrahimov müavinini vəzifəsindən azad edib
Mehmet Akif Ersoy saxlanılıb
Şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma başlayıb
Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb


13.11.2025  15:46 

30-dan çox azərbaycanlı tələbə Moldova aeroportunda saxlanıldı





A+  A-

“Ukraynaya oxumağa gedən 34 azərbaycanlı tələbə Moldovada saxlanılıb və pasportları əllərindən alınıb”.

XəzərNews.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Moldovada saxlanılan tələbələrdən biri - Özcan Həşimovun yaxını Firuzə Əkbərova müraciət edib.

Onun sözlərinə görə, dünən səhər bir müəllim, bir valideyn və 34 tələbə birlikdə Moldovaya uçublar və oradan Ukraynaya keçməli imişlər: “Moldovadan keçəndə hər birinin pasportuna möhür vurulub. Ukraynaya keçmək istəyəndə isə onları buraxmayıblar. Bunun üçün heç bir əsaslı səbəb göstərilməyib. Əvvəlcə hədə-qorxu gəliblər, baqajlarını əllərindən alıblar, yükləri ortada yoxdur. Deyiblər ki, bu gün üçün Azərbaycana qayıtmalıdırlar. Onlar tələbədirlər, nə qədər əziyyət çəkiblər, pul töküblər, imkanlısı var, kasıbı var... Ən əsası da valideyn və müəllim də daxil olmaqla hər birinin pasportlarını əllərindən alıblar. Hətta su, yemək almağa belə icazə vermirlər”.

F.Əkbərova həmçinin qeyd edib ki, tələbələrin universitet sənədlərində də heç bir problem yoxdur: “Universitet tərəfindən onlara bildiriş də göndərilib. Bütün sənədlər qaydasındadır. Uşaqların 17-18 yaşları var, 1-ci kurs tələbələridilər. Onların pasportlarına ilk dəfədir ki, möhür vurulub. İndi də problem yaradırlar. Səfirliklə də əlaqə saxlamışıq, amma hələ cavab yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Moldovadakı Səfirliyimiz sözügedən hadisə ilə bağlı məlumatlıdır: “Qeyd edilən gənclərə hər bir dəstək göstərilib. Onların universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi Ukraynaya buraxmayıb. Onlar ölkəmizə geri qaytarılacaq”.




Xəbər 1995 dəfə oxunub.



10.12.2025  10:20 

Mehmet Akif Ersoy saxlanılıb

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü


BÜTÜN XƏBƏRLƏR +