Sərxoşluq səbəbindən qəzaların sayı azalır
Elxan İbrahimov müavinini vəzifəsindən azad edib
Mehmet Akif Ersoy saxlanılıb
Şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma başlayıb
Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb


13.11.2025  15:36 

Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO





A+  A-

Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağəli Məhəmməd oğlu Axundova məxsus "Aqat" şadlıq evində plandankənar yoxlama aparılıb.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, yoxlama zamanı şadlıq sarayında qonaqlara təqdim edilən dana ətinin əslində baytarlıq sənədləri mövcud olan camış əti olduğu müəyyən edilib. Menyuda bu barədə hər hansı məlumatın olmaması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Camış ətinin qida təhlükəsizliyi baxımından risk yaratmasa da, bu vəziyyət müştərilərin aldatılması anlamına gəlir.

Yoxlama zamanı həmçinin soyuq qəlyanaltıların hazırlanma sahəsində işçi masaların səthində zədələnmələr, mətbəx rəflərində isə korroziya aşkarlanıb. Digər sanitar-texniki və gigiyenik tələblərin pozulması da diqqət çəkib.

Faktla əlaqədar olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib, həmçinin şadlıq evində hazırlanan yeməklərdən nümunələr götürülərək laboratoriyaya göndərilib.






Xəbər 1990 dəfə oxunub.



10.12.2025  10:20 

Mehmet Akif Ersoy saxlanılıb

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü


BÜTÜN XƏBƏRLƏR +