Sərxoşluq səbəbindən qəzaların sayı azalır
Elxan İbrahimov müavinini vəzifəsindən azad edib
Mehmet Akif Ersoy saxlanılıb
Şagirdlərin zəhərlənməsi ilə bağlı araşdırma başlayıb
Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb


21.10.2025  16:31 

“Okean Avtosalon“da yeni cinayət işi





A+  A-

Bakıda milyonlarla manatlıq vergi pozuntuları ilə gündəmə gələn "Okean Avtosalon”un hüquqşünası həbs edilib.

XəzərNews.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü, Şəmkir rayonunun Seyfəli kənd sakini C.B. barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - etibarın sui-istifadəsi ilə) və 178.2.3 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.

Araşdırmalar zamanı məlum olub ki, C.B. 2024-cü il iyunun 1-də "Okean Avto 2011” MMC-yə hüquqşünas vəzifəsinə qəbul olunub. İşə başlamazdan əvvəl mərc oyunlarına aludə olduğuna və uduzduğuna görə xeyli borcu yaranıb. O, borclarını ödəmək məqsədilə şirkətə məxsus avtomobil satışlarından əldə olunan pulların bir qismini götürərək mərc oyunlarında istifadə edib. Lakin həmin vəsaiti də uduzub.

Bundan başqa, o, MMC-yə kredit borcu olan bir neçə şəxsdən - Rasim adlı şəxsdən 5.000 manat, D.J.-dan 2.200 manat, Fəqan Məmmədovdan 6.784 manat, H.H.-dan 3.351 manat, digər şəxsdən 3.200 manat, Orxan İsmayılovdan 2.950 manat və D.O.-dan 1.550 manat alaraq, şirkətə təhvil verməyib və şəxsi ehtiyaclarına xərcləyib.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Şöbəsinin arayışına əsasən, təqsirləndirilən şəxs əmək qabiliyyəti olmayan və III qrup əlildir.

Məhkəmənin hökmü ilə C.B. 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddətdə elektron qolbaqla nəzarətdə saxlanılacaq və əlavə olaraq 1 il 6 ay müddətinə rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Okean Avtosalon”da keçirdiyi səyyar yoxlamalar nəticəsində də külli miqdarda vergi pozuntuları aşkar edilib.

Xəbər 4542 dəfə oxunub.



10.12.2025  10:20 

Mehmet Akif Ersoy saxlanılıb

09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü


BÜTÜN XƏBƏRLƏR +