Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


22.03.2024  11:56 

Cəlilabadda 16 min manatlıq oğurluq olan ev yandırılıb





A+  A-

Cəlilabadda 16 min manatlıq oğurluq olan ev yandırılıb.

Xəzərnews.az "Report"a istinadla xəbər verir ki, ev sahibi Kamil İsayevin verdiyi məlumata görə, evindən 16 min manat aparan oğru cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurub.

Belə ki, ötən gün axşam 19:00 radələrində qonaq gedən İsayevlər ailəsinə zəng edilərək heç kimin olmadığı evinin yanmaqda olduğu xəbəri verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi gəlib. Güclü külək və yağış altında yanğın lokalaşdırılsa da, 130 kvadratlıq evin 50 kvadratlıq hissəsi yanıb.

Həmçinin hadisə şahidləri otaqlarda alışıb yanmayan yanar maye izləri də aşkar ediblər.

Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq məhv olub. O qeyd edib ki, ev yeni təmir edilib.

Oğurlanan pul ev sahibinin oğluna məxsus imiş və o, müəyyən miqdardan sonra yeni bir ev almağı planlayırmış.

Hadisə ilə bağlı müvafiq qrumların tədqiqatı davam edir.






Xəbər 3760 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +