Prezident: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
Rusiya bu tarixdə NATO-ya hücum edə bilər
Rusiya Ukraynaya dörd “İsgəndər” raketi atıb
Üç uşaq atası olan qazinin pensiyası kəsilib
Azərbaycanda Rusiya kanalının fəaliyyəti dayandırıldı
Sizinlə fəxr edirik! - Birinci xanım təbrik etdi
Taksi sürücüsü gözdən əlil qadını öldürüb
Lerikdə zəlzələ qeydə alınıb
6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı


26.05.2025  00:26 

Fransalı vəkil İran XİN-ə çağırıldı





A+  A-

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili Fransanın xarici işlər nazirinin İranlı kinorejissor Cəfər Pənahinin “Qızıl Palma budağı” mükafatı ilə bağlı söylədiyi fikirlərə etiraz olaraq İranın Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə İkinci Departamentinin rəhbəri Məhəmməd Tənhai tərəfindən çağırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Bildirilib ki, Tənhai Fransa xarici işlər nazirinin bəyanatını “İranın daxili işlərinə açıq-aşkar müdaxilə” adlandırıb və əlavə edib ki, ölkə “İslam Respublikasına qarşı siyasi qərəzini irəli sürmək üçün kino tədbirinə ev sahibliyi etmək fürsətindən istifadə edib”.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot "X" sosial şəbəkəsindəki paylaşımında ​​Cəfər Pənahinin "Qızıl Palma" mükafatını qazanmasını İslam Respublikasının repressiyalarına qarşı müqavimət əlaməti və dünyanın bütün azadlıq mübarizləri üçün bir ümid kimi qiymətləndirib.

Fransanın müvəqqəti işlər vəkili məsələni hökumətinə çatdıracağını bəyan edib.

Xəbər 487 dəfə oxunub.



02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib


BÜTÜN XƏBƏRLƏR +