Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


21.05.2025  11:05 

“Bayburt Grup“un 6 milyondan çox vergi borcu var





A+  A-

Azərbaycanda yol tikintisi sahəsində iri tenderlərin qalibi olmuş və hazırda həbsdə olan türkiyəli iş adamı Abdurrahman Şentürkə məxsus "Bayburt Grup" şirkətinin Azərbaycandakı filialının dövlətə 6.058.409,11 manat vergi borcu var.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Bayburt Grup İnşaat Nakliyat Madencilik İthalat İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialının hazırkı qanuni təmsilçisi Samir Məmmədov Şəmsəddin oğludur.

Xatırladaq ki, 2021-ci ildə şirkətin dövlətə olan 24 milyon manatlıq vergi borcuna görə Abdurrahman Şentürkün ölkədən çıxışına qadağa qoyulmuşdu. Şirkətin qanuni təmsilçisi Abdurrahman Şentürk olsa da, "Bayburt Grup"un Azərbaycandakı rəhbəri kimi onun qardaşı Alim Şentürk tanınıb.

Hazırda Alim Şentürk Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) üzvü və bu qurumun Yaşıl və Rəqəmsal Transformasiya Komissiyasının sədridir.

Qeyd edək ki, Abdurrahman Şentürk Türkiyədə rəsmi sənədlərdə saxtakarlıq və tender qanunsuzluqları ilə bağlı ittihamlarla saxlanılıb və 2024-cü ilin fevral ayında 7 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbər 2810 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +