Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


26.04.2022  12:37 

Motosiklet sürücüsünü döyən həbs edildi - Video





A+  A-

Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobili ilə Murad Salman adlı motosiklet sürücüsünü vuran və təhqir edən Sultan Dadaşov həbs edilib.

XəzərNews.az xəbər verir ki, məhkəmənin qərarı ilə S.Dadaşov 25 sutka həbs cəzaı alıb.

* * *

Bakıda motosikletçini döyən "Leksus" markalı avtomobilin sürücüsünün saxlanılması və məhkəmə qərarı ilə 25 sutka müddətinə həbs edilməsi xəbəri doğru deyil. Bu sözləri Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. N.Əliyev qeyd edib ki, yayılan məlumatlar rəsmi deyil.

* * *

Xatırladaq ki, hadisə dünən Mətbuat prospektində qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.

Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və təhqir edir.

Təəssüf ki, bütün bunlar “Lexus” sürücüsünün azyaşlı oğlunun gözləri qarşısında baş verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, bu kadrlarda gördüyünüz "LEXUS GX460" markalı, 10VX707 dövlət nişanlı bu avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşov adlı şəxsdir. Onun Prezident Administrasiyasında çalışdığı bildirilir.

S.Dadaşov 15 noyabr 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.



Xəbər 2087 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +