“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.02.2025  10:25 

Muxtar Babayevin yeni vəzifəsi hansı zərurətdən YARADILDI...





A+  A-



Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Bəs Azərbaycanda bu vəzifənin yaradılmasını zəruri edən nədir?

Mövzu ilə bağlı Modern.az-a danışan Ekologiya vən Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, bütün inkişaf etmiş ölkələrdə belə vəzifə var:

“Bu da əsasən ölkələrin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəfi olması ilə bağlıdır. Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin həmin konvensiya ilə ölkənin üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsinə nəzarət edən funksiyası var”.

Onun sözlərinə görə Azərbaycan da İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzrə öhdəlikləri yerinə yetirir, bununla əlaqədar çox işlər görülür:

“Hətta Azərbaycan keçən il COP29-un ölkəmizdə keçirilməsinə nail oldu və bunu uğurla icra etdi. Bundan sonrakı dövrdə də ölkə başçısını bu məsələlər üzrə xüsusi nümayəndə kimi təmsil edən bir nəfərin olması zəruri idi. Ekologiya və təbii sərvətlər nazirinin həm də bu işi idarə etməsi çətin olurdu. Ona görə də Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi ayrıca bir vəzifə kimi təsis edildi ki, o, ancaq bu işə fokuslansın”.

Xəbər 1291 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +