“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.11.2022  10:59 

Viləşçay Su Anbarı niyə quruyub? - Reportaj





A+  A-

Azərbaycanda meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Bu sıradan ölkədə nəhəng su anbarları, kanallar istismara verilib. Bu su anbarlarının regionların meliorasiya və su təsərrüfatında mühüm rolu var. Belə su anbarlarından biri də Masallı rayonu ərazisində yerləşən Viləşçay Su Anbarıdır.

XəzərNews.az xəbər verir ki, "Qloballaşan Dünyaya İnteqrasiya" İctmai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsi çərçivəsində sözügedən ərazidə olub, müşahidələr aparanda su anbarının hazırkı vəziyyətinin bir o qədər də ürəkaçan olmadığı qənaətinə gəlindi.

Qeyd edək ki, su anbarı demək olar ki, tamamilə quruyub. Bunun səbəbini öyrənmək istəsək də, ərazidə yaşayan sakinlər bu barədə yekdil fikir bildirə bilmədilər. Kimsə təsərrüfatlara görə suyun açılıb buraxıldığını, kimsə hər payızda su anbarının bu cür susuz qaldığını bildirdi. Xoşagəlməz məqamlardan biri isə su anbarında brakonyerlərin sintetik torlardan geniş istifadə etməsidir. Bu barədə yerli sakinlər də şikayət edir. Bundan başqa, su anbarının kənarlarında məişət tullantıları, natəmizlik nəzərə çarpır.

Vəziyyətlə bağlı Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi Rusif Kərimovla söhbətləşdik. Rusif Kərimova görə, hər il su anbarı vasitəsilə 10 min hektara yaxın əkin sahəsi suvarılır, buna görə də payızda su anbarında su olmur. Hazırda isə Viləşçay su bəndinin ikinci hissəsinin qurulması ilə bağlı işlər gedir, dövlətin dəstəyilə bu layihə reallaşandan sonra su anbarı daha yaxşı səviyyədə fəaliyyət göstərəcək. Onun dediyinə görə, məişət tullantıları digər çaylardan daşqın və axın vasitəsilə anbara töküldüyünə görə yaranır, anbarda su çəkiləndə isə tullantılar yalnız sahil ərazilərində ortaya çıxır. Rusif Kərimov sintetik tor və brakonyer problemini etiraf etdi və onlara qarşı mübarizə aparıldığını bildirdi.







Alpər TURAN

Xəbər 999 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +