Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.12.2023  02:21 

İzabel Adjani iki il həbs cəzası alıb





A+  A-

Fransız aktrisa-müğənni İzabel Adjani vergi fırıldaqçılığı və çirkli pulların yuyulması ittihamı ilə şərti iki il həbs cəzası alıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Screen Daily" məlumat yayıb.

Sənətçi 2 milyon avroluq hədiyyəyə görə vergidən yayınmaqda və özünü iki il Fransadakı evində deyil, Portuqaliyada yaşayırmış kimi göstərməkdə günahkar bilinərək 250 min avro cərimələnib.

Aktrisanın vəkili Olivye Pardo qərardan Paris məhkəməsinə apellyasiya şikayəti verdiyini bildirib.

Adjani özü cinayətlərdə günahsız olduğunu iddia edir.

Prokurorlar Adjaniyə 18 ay həbs cəzası istəsələr də, məhkəmə daha sərt hökm çıxarıb. Buna səbəb aktrisanın Nyu-Yorkdan Parisə uçmasına mane olan tibbi səbəbləri əsas gətirərək oktyabrda keçirilən məhkəmə iclasına gəlməməsidir./axsam.az

Xəbər 3068 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +