Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.07.2020  13:29 

“Onlar parlamentdə dağıntılar törədiblər”





A+  A-

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bu gecə parlamentdə baş verən hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.
XəzərNews.az xəbər verir ki, C. Əli qeyd edib ki, dünən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayon istiqamətində gedən döyüşlərə dəstək olaraq yürüş keçirilib:

“Yürüşün keçirildiyi ərazidə və Şəhidlər Xiyabanı, Milli Məclis ərazisində vətəndaşlar toplaşmışdı. Həmin yürüş edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibatı binasına daxil olublar və bir sıra dağıntılar törədiblər. Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar. Yürüş təşkil edən qrup binadan çıxarılandam sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib”.

O qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:

“Bu, binaya qanunsuz daxilolma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildiririk ki, xalqımız, dövlətimiz, ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarşı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrə qarşı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

Xəbər 4138 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +