Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.11.2019  10:26 

“Tələbələr bizə yad olan “suşi” kimi yeməklərdən istifadə edirlər”





A+  A-

“Ali məktəblərdə tələbələrin qidalanması məsələsinə diqqəti artırmaq lazımdır”.
XəzərNews.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, təlabatı böyük olan yeməklərin keyfiyyəti çox aşağı səviyyədədir.

“Dönərxanaların əksəriyyəti Hindistandan gətirilmiş, kiloqramı 2 manata olan, mənşəyi bilinməyən ətlə işləyir. Azərbaycanda ticarətin qaydası belədir: az pul qoyub, çox qazanmaq. Dönərin bir kiloqramının pulunu bir pay dönərdən çıxarırlar. Xəzərə bitişik regionda yaşamağımıza baxmayaraq, yeməkxanalarda balıq xörəklərinə rast gəlinmir. Söhbət varlıların məskən saldığı restoranlardan getmir. Nəticədə cavanlar bizə yad və aşağı qiyməti 30 manata olan "suşi" kimi yeməklərdən istifadə edirlər. Tələbə də yaxşı qidalanmaq istəyir. Universitetlərin ətrafındakı Türk yeməkxanalarında yeməklər də çox bahadır”.

Ekspert tələbə yataqxanaları probleminə də toxunub.

“Təxminən 20-25 il öncə Universitetlərin yataqxana inşa etmək imkanları çox idi. Rektorların çoxu bu imkanı əldən verdilər və milyonlar lazımsız işlərə xərcləndi. Türkiyədə və dünyanın əksər ölkərlərində universitet kampusları və yataqxanalar həm də tələbələrin təhlükəsizliyi məkanıdır. Təəssüflər olsun ki, bizim tələbələr bu cür imkanlardan məhrumdurlar. Tələbə universitetə böyük vəsait ödəyir, təəssüflər olsun ki, əvəzində ona keyfiyyətsiz təhsil və normal yaşamaq və qidalanmaq şəraiti verilmir”, - deyə E.Əliyev bildirib.

Xəbər 3244 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +