Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.03.2017  15:23 

“Azəriqaz”dan 5 qızın ölümünə görə AÇIQLAMA





A+  A-

“Xırdalanda 5 nəfərin vəfat etdiyi hadisənin araşdırması gedir”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. O, hazırda hadisə ilə bağlı danışmağın tez olduğunu bildirib.

“Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.

İbrahim Kərbalayev deyib ki, hadisənin dəm qazından baş verdiyini bəribaşdan söyləməyə tələsmək lazım deyil.


Martın 15-də Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 qızın meyiti tapılıb. Onların dəm qazından boğularaq öldüyü güman olunur.
Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.


Onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Mələk Abbasova və Turanə Xalıyeva Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 4348 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +