Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.02.2017  15:06 

Millət vəkili FOX TV-yə qadağadan danışdı: “Türkiyə də gərək diqqətli olsun”





A+  A-

“Qardaşlıq münasibətində olan ölkənin daxili işlərlə bağlı məsələlərə bu formada münasibət bildirmək sonradan problemlərin çıxmasına səbəb ola bilir”
XəzərNews.az xəbər verir ki, bu sözləri Politika.Az-a millət vəkili Fazil Mustafa Türkiyənin FOX kanalının Azərbaycanda yayımını dayandırılması haqda bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında münasibətlər o səviyyədə yüksəkdir ki, bir-birinin dövlət maraqlarına uyğun olmayan addımlar atılanda belə gözləntilər mümkündür: “Məsələn, ANS kanalı ilə bağlı məsələ artıq hamımızın diqqətindədir.

FOX kanalının Azərbaycanda yayımının dayandırılmasını bilmirəm. Hər halda Türkiyə tərəfi də Azərbaycana münasibətdə belə bir addım atmağı məqsədəuyğun sayıb. Bu motiv hələ aydınlaşacaq. Amma gərək Türkiyə tərəfi də bu məsələlərdə bir az daha diqqətli olsun”.

Qeyd edək ki, FOX kanalının Azərbaycanda yayımının dayandırılmasının səbəbi kimi, adıçəkilən telekanalın məşhur aparıcısı Fatih Portakalın Azərbaycan Prezidentinin ölkənin birinci xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması barədə qərarını iki qardaş dövlətin münasibətlərinə uyğun olmayan tərzdə şərh etməsi olmuşdu. O, bu qərarı tənqid edərək, Azərbaycanda demokratiya olmadığını bildirib.

Xəbər 5788 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +