Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.02.2017  14:50 

“Birinci vitse-prezident postuna ən layiqli şəxs gətirildi”





A+  A-

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.
XəzərNews.az xəbər ki, Milli Məclisin komitə sədrləri bu təyinatı vaxtında verilmiş qərar hesab edirlər.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə:

“Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi çox yaxşı haldır. Bu xəbəri çox xoş qarşıladım. Mehriban xanım Azərbaycan maraqlarını daim dünyada təmsil edib. Bundan sonra da belə olacaq. Hesab edirəm ki, Azərbaycanda birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov:

“Mehriban xanım uzun müddətdir Azərbaycan maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib, həm də Milli Məclisin deputatı kimi, UNESCO-nun səfiri kimi bunun şahidi olmuşuq. O cümlədən mötəbər tədbirlərdə yaranan komitələrin rəhbəri olub. Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında xüsusi xidmətlər göstərib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edib. Mehriban xanımın birinci vitse-prezident təyin olunması çox yerində və zəruri olan bir addımdır”.


Xəbər 4798 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +