Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video


19.03.2025  10:53 

Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb





A+  A-

2024-cü il üzrə “Qala Həyat” sığorta şirkəti səhmdarlarına dividend elan edib.

XəzərNews.az xəbər verir ki, həyat sığorta şirkəti səhmdarların 9,66 milyon manat dividend ödəyib. Bu isə 2023-cü ilə nisbətən 29% çoxdur. Belə ki, “Qala Həyat” 2023-cü ildə səhmdarlarına 7,5 milyon manat dividend ödəyib.

Qeyd edək ki, şirkətin səhmlərinin 10%-i Direktor Şurasının sədri Kamal Mirsahib oğlu İbrahimova məxsusdur. Bu isə o deməkdir ki, K.İbrahimovun həyat sığorta şirkətindən əldə etdiyi dividend ötən il 966,4 min manat olub. Bu isə 2023-cü ilə nisbətən 29% çoxdur. Elan edilmiş dividend həcminə görə, DŞ sədri əvvəlki il üzrə 750 min manat gəlir əldə edib. Başqa sözlə, onun iki ildə əldə etdiyi dividend 1,7 milyon manatdan çox olub.

Xatırladaq ki, Kamal İbrahimov “Qala Həyat”la yanaşı, “Qala Sığorta” şirkətinin də Direktorlar Şurasının sədridir. O həmçinin, “Baku Steel Company”nin baş direktorudur.

Xəbər 2367 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +