Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


26.01.2023  19:28 

Öncə günahlarınızı, cinayətlərinizi düzəldin





A+  A-

Erkin Qədirli hüququn fəlsəfəsini dərindən bilən şəxsdir. Azərbaycanda ikinci belə bir adam tanımıram. O, ağılsız adam deyil, nə dediyini bilir.

Şübhəsiz ki, onun məlum çıxışının hüquqi və mənəvi tərəfləri var. İndi xeyli sayda insan E.Qədirlini ittiham edərək onun dediklərinin hüquqi cəhətdən doğru olmadığını bildirirlər. Amma hər kəs bilir ki, ölkədə hüquq aliminium teli kimi bir şeydir, istədikləri tərəfə əyib düzəldirlər. E.Qədirlini ittiham edən deputat həmkarlarının heç biri onun qədər hüquqi savada malik deyillər. Yəni, o ağzından çıxan ifadənin hüquqi məsuliyyətini də dərk edir. Bəs, indiki məqamda o, niyə belə bir ifadə işlədib? Məncə, təsadüf deyil.

Digər tərəfdən, necə olur ki, deputatlar hər cür saxtakarlığı edirlər, Konstitusiyanın maddələrini bir-bir ayaqları altına atıb tapdalayırlar, bu zaman hüquq yada düşmür, amma o, bir kəlmə söz deyib deyə hamısı əlinə qılınc alıb hücuma keçiblər.

Məsələnin mənəvi tərəflərinin isə müzakirə edilməsinin qətiyyən tərəfdarı deyiləm. Çünki ölkədə bütün mənəvi dəyərlər aşılanıb.

Hesab edirəm ki, E.Qədirliyə qarşı total hücumları dayandırılmalıdır! Onun səsləndirdiyi ifadə həm də daxilən təmiz və vicdanlı insan olduğunun göstəricisidir. O, bir söz deyib, kimlər özlərinə götürübsə, başlayıblar danışmağa... E.Qədirlinin mandatdan imtina etməsi üçün səsləndirilən çağırışlar isə ədalətsiz çağırışlardır. Öncə günahlarınızı, cinayətlərinizi düzəldin, daha sonra bu haqda düşünərsiniz. Zamanında E.Qədirlini mən də tənqid etmişəm, amma ölkədə barmaqla sayılacaq qədər belə insan var, o, sözünü bütün mənalarında ziyalıdır. Ziyalı adı ilə bu millətə soxuşdurulan natamam insanları hədəfə alsanız, daha yaxşı olar.

Və ən nəhayət... E.Qədirliyə hücum edən deputatların narahatlığını əsas səbəbi budur: Onlar bilirlər ki, növbəti parlament seçkiləri 2025-ci ildə keçirilməyəcək, ölkədə növbədənkənar seçki olacaq və bunların bir çoxusunu süpürləyib bayıra atacaqlar. Parlamentin indiki tərkibi torpaqlarını işğaldan azad edən bir ölkənin strateji hədəflərinə cavab vermir.

Samir Feyruzov

Xəbər 1662 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +