Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


02.04.2022  10:28 

Mətanət İsgəndərlinin bacısı qızını şantaj edən həbs edildi





A+  A-

Əməkdar artist Mətanət İsgəndərlinin bacısı qızını şantaj edərək 1000 manat pul tələb edən şəxs həbs edilib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət öncə 26 yaşlı Ağcabədi rayon sakini Səfər Səfərov qadından tələb etdiyi məbləği verməyəcəyi təqdirdə onu intim görüntülərini instaqramda paylaşmaqla təhdid edib.

Araşdırmalar zamanı məlum olub ki, intim görüntüləri müğənninin bacısının qeyri-rəsmi nikahda yaşadığı şəxs bir neçə il əvvəl evə quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb. Daha sonra həmin şəxsin M.İsgəndərlinin bacısı ilə münasibətləri pozulduğundan o, görüntüləri bir neçə şəxsə ötürüb. Həmin şəxslərdən biri də Səfər Səfərov olub. O, əlinə keçən videodan foto skrin edərək üzərinə Mətanət İsgəndərli ilə bacısının səs yazısını montaj edib və instaqramda paylaşıb.

Qızın şikayətindən sonra həmin şəxs barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. İşə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə S.Səfərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 2197 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +