Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


08.03.2022  09:57 

Apteklərdə ANARXİYA - Dövlət hara baxır?





A+  A-

Qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən dərmanlar müxtəlif apteklərdə müxtəlif elə qiymətlərə də satılır. Bəzən qiymətlər arasındakı fərq 20-25-30 manata qədər olur. Bu isə haqlı olaraq alıcıların ciddi narazılığına səbəbdir. Bəs dərman bazarında belə xaotik vəziyyətin hökm sürməsinə səbəb nədir?

Tarif Şurası tərəfindən tənzimlənməyən dərmanların qiyməti artıq vətəndaşların səbrini daşırıb. Deyirlər ki, bu cür dərmanları müxtəlif apteklərdən müxtəlif qiymətlərə alırlar.

Əczaçılar deyirlər ki, apteklər dərmanları müxtəlif depolardan alırlar. Hər deponun isə öz qiyməti var. Bundan başqa apteklər depodan alınan dərmanın qiymətinin üzərinə öz faizini də əlavə edir.

Əczaçıların sözlərinə görə, hazırda əksər depoların apteki, hətta, apteklər şəbəkəsi var. Nəticə olaraq dərmanlar həmin apteklərdə alıcılara daha ucuz qiymətə satılır.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, dərman maddələrinin əksəriyyəti İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir. Hazırda ölkəmizdə dərman maddələrinin dövlət reystiri ictimaiyyətə açıq olmadığından bazarda xaotik vəziyyət hökm sürür.

Professorun sözlərinə görə, bu cür dərmanların apteklərdə açıq şəkildə satılması qadağan edilməlidir. Bu dərmanlar yalnız resept əsasında verilməlidir.



Xəbər 1871 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +