Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


22.12.2021  06:29 

AZAL deyil, Azərbaycanın köksündə AZAR...





A+  A-

Bu il Noyabrın 7-si səhər saat 5-də AEROPLOT şirkətinin təyyarəsi ilə Yakutsk-Moskva-Bakı reysi ilə doğma Bakımıza endim.

Hamının baqaji verilib...

Mən gözləyirəm.

Ən sonda mənim çemodanım gəldi. Baxdım ki, çemodanım bulaşıb. Bildim ki, içərisində gətirdiyim maye axıb. Açıb görürəm ki, oradan mənə hədiyyə verilən Maral buynuzu balzamı sınıb.

Niyə sınıb?

Soruşuram aeroportun cavabdehlərindən, kimsə bir söz demir.

Demək Yakutiyadan Moskvaya gəlir, sınmır. Ancaq Bakıda sınır. Soruşuram ki, bunu kim sındırıb? Orada işləyənlərdən birinin çox orijinal cavabı oldu:

Yükdaşıma bölümündə işləyənlərin maaşları çox azdır. Onlar da çemodanları, yükləri necə gəldi atırlar. Uçan adamlara paxıllıq edirlər. Cavabdan yanıb töküldüm. Dedim ki, bu Danabaş kəndinin adamlarını bir yerə yığanda belə olacaq da...

İndi sözüm ondadır ki, AZAL öz vətəndaşlarına, xarici vəəndaşlara baxın belə təqdim edir Azərbaycanı. Elə giriş qapısındaca adamı peşman edir.

Mən o balazamı müalicə üçün gətirmişdim. Balzamı mənə qaytaran, mənə dəymiş ziyanı tam ödəyən olmadı.

Aeroportun baqaj xidmətində tərtib etdirdiyim sənədlə AEROFLOTA müraciət edim, 1 aydan sonra bahalı çemodanımın pulu ödəndi.

Balzamın sınıb axması nəticəsində xarab olan paltarlarım isə elə ləkləndi ki, geyilməz oldu.

AZAL və onun rəhbrəi Cahangir Əsgərov niyə bu qədər özbaşınalıq edirsiniz?

AZAL qiymətləri bizi bir tərəfdən yandırır, sizin yarıtmaz işçiləriniz də bir tərəfdən...

Odur e deyirlər ki, TÜrkiyənin İrəvana açacağı təyyarə biletlərinin qiyməti 80-100 manat olacaq.

Bizi nə vaxt erməni vətəndaşları qədər qiymətləndirəcək , görəsən AZAL?

Sən AZAL deyilsən, Azərbaycanın köksündə AZARsan.

Aida Eyvazlı







Xəbər 1926 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +