Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


12.10.2017  15:26 

Əfqan Muxtarlının xanımı 4 yaşlı qızı ilə Almaniyaya köçdü





A+  A-

Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva qızı ilə birlikdə Gürcüstanı tərk edib.
XəzərNews.az xəbər verir ki, bu barədə oktyabrın 12-də “Azadlıq” radiosuna Leyla Mustafayevanın özü bildirib.
Məlumatı onun vəkili Arçil Çopikaşvili də təsdiqləyib.

Leyla Mustafayeva hazırda 4 yaşlı qızı ilə birlikdə Almaniyanın Berlin şəhərində olduğunu deyib.
O, bunun səbəbini Gürcüstanda özünü təhlükəsiz hiss etməməsi və izlənməsi ilə izah edib.
Leyla Mustafayeva yaxın vaxtlarda Almaniya hökumətindən sığınacaq istəyəcəyini deyib.
Xatırladaq ki, Gürcüstandanda oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u həbs edilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunub. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Rəsmi qurumlar bildirilər ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı.

Xəbər 1510 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +