200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.05.2025  18:28 

Sulutəpə kanalizasiya suları içində batır





A+  A-

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində illərdir davam edən kanalizasiya problemi sakinləri ciddi narahat edir.

XəzərNews.az xəbər verir ki, onlar bu barədə Bakupost.az–a müraciətlərində bildiriblər.

Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə vəziyyət dözülməz hal alır, yol və həyətlər keçilməz olur, hətta evlərin zirzəmisi və içinə su dolur.

Aşağı Sulutəpə, Xocalı küçəsi sakini İslam Yusifov deyir ki, sakinlər tullantı sularının axıdılması üçün öz hesablarına kanalizasiya xətti çəkiblər. Lakin bu primitiv sistem yağış sularını ötürmək üçün yetərli deyil:

“Kustar üsulla çəkilən kanalizasiya yağış sularının axıdılmasına kifayət etmir. Əraziyə baxan yoxdu. Hər dəfə eyni problemlə qarşılaşırıq. Bilmirik kimə şikayət edək ki, bu məsələ həll olunsun. Burda xeyli insan yaşayır, hamısının həyətində eyni mənzərədir”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan Bakupost.az -a bildirdilər ki, ərazidəki problemdən xəbərdardılar:
“Qeyd olunan ünvanda mövcud tullantı su xətləri əhali tərəfindən primitiv üsulla çəkilib, ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir.

Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Xəbər 735 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +