Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


13.04.2018  13:24 

Hər 50 nəfərdən biri bu xəstəliyə tutulacaq





A+  A-

2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib. Onun sözlərinə görə, dünyada allergik xəstəliklərə yoluxanların sayı getdikcə artır:

"Burada qidalar, iqlim də rol oynayır. Qidalarda həddindən artıq əlavələrin olması allergiyaya daha çox yol açır. Lakin son vaxtlar ağır formada olan astmaya rast gəlinmir. Bunu öz təcrübəmə əsasən deyirəm. Burada maarifləndirmə də rol oynayır".

A.Əyyubova allergik xəstəliklərdən əziyyət çəkən körpələrə peyvəndin edilib-edilməməsinə də münasibət bildirib:

"Peyvənd tam sağlam uşağa vurulmalıdır. Bizdə peyvənd uşaqlara elə də çox fəsad vermir. Amma ağır fəsadlar verə bilər. Rusiya da açıq elan edir ki, sağlam uşaqlar cəmi 10 faizdir. Allergiyası olan uşaqlara peyvənd vurmaq olar, lakin bu, yalnız remisiya dövründə ola bilər. Uşaqlar, ümumiyyətlə, peyvənddən iki həftə əvvəl buna hazır olmalıdırlar".

A.Əyyubova valideynlərə xəbərdarlıq da edib: "Valideynlər diqqətsizlik edərək övladların mütəmadi şəkildə burun axmasına çox diqqət etmirlər. Lakin diatezli körpələr gələcəkdə bu və ya digər allergik xəstəliklərə meyilli olurlar".

Xəbər 1412 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +