“Qaradağ Şüşə Zavodu”nun borcu il keçdikcə artır
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı
Azərbaycanda bu banklar birləşə bilər
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı
Əlini sükandan çəkən sürücülər cərimələnəcək


08.08.2025  10:58 

Xoşbəxt olmaqdan ötrü adama daha nə lazımdır ki?





A+  A-

Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı əldə olunan tarixi nəticələr Azərbaycanın bir dövlət kimi tam müstəqilliyinin növbəti nümayişidir.

Birincisi, Çərçivə Sazişi Qalib tərəfin- Prezident İlham Əliyevin şərtləri əsasında hazırlanıb və sənəd 2025-ci ildə-Dövlət Suverenliyi, habelə Konstitusiya İlində imzalanmaqla Bakının siyasi təqviminin xarakterinə uyğundur.

Bu Sənəd məhz Azərbaycan tərəfinin tərtib etdiyi geosiyasi arxitekturanın legitimləşdirilməsidir. Ərazi bütövlüyünü bərpa və dövlət suverenliyini təmin etmiş Azərbaycan öz tarixinin mühüm beynəlxalq sənədinə milli maraqlarını, dövlət mənafelərini qoruya bilməklə yetişib.

Bu gün Azərbaycan ərazisində bir xarici hərbçi belə yoxdur. Azərbaycanın bayrağının kölgəsi (işığı!), Himnimizin səsi ərazilərimizin hər bir millimetrinə düşür. İndi önündə dayandığımız Möhtəşəm Reallıq separatizmin tabutuna vurulmuş sonuncu mismarı ABŞ başda olmaqla qlobal güclərin də artıq tam qəbul etməsidir.

Bu gün biz hər ikisi təxminən 33 il davam etmiş beynəlxalq mütəşəkkil anti Azərbaycan layihələrin-ATƏT-in Minsk Qrupu və “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”in bitirilməsinin də şahidi oluruq. Hər iki layihə ruh ekizi olmaqla Azərbaycanın məğlubiyyətinə hesablanmışdı. Minsk Qrupunun da, 907-ci düzəlişin də son nəticədə hədəfi bir idi. Qarabağı Ermənistana təslim etdirmək! Minsk Qrupunun ləğvi kimi 907-ci düzəlişin aradan qaldırılması da Azərbaycan həqiqətinin, mütləq ədalətin bərpası olacaq. Sənədi ABŞ konqresi Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir dövrdə qəbul etmişdi və bəhanə də bu idi ki, guya Azərbaycan
Ermənistana “blokada” tətbiq edib. Düzəliş Azərbaycana ABŞ-dən dövlət yardımının göstərilməsini qadağan edirdi. Xatırlayıram: 907-ci düzəliş tətbiq ediləndə də, ATƏT-in Minsk Qrupu yaradılanda da reportaj hazırlamışdım. Təxminən 33 il əvvəl. 1992-ci ildə.

İndi 2025-ci ildir. Və mən daha bir bərpa tarixinə şahidlik edirəm. Ədalətin, haqqın ərazi bütövlüyü daha iki böyük tarixi hadisə hesabına təmin olunur. 907-ci düzəliş ləğv olunur, Minsk Qrupu tarixə gömülür və mən yenidən bu mövzularda yazıram. Şuşa gedəndə və Şuşa qayıdanda, Xankəndi gedəndə və Xankəndi qayıdanda, Kəlbəcər gedəndə və Kəlbəcər qayıdanda, Ağdam, Laçın…Qarabağın və Şərqi Zəngəzurun hər bir şəhəri gedəndə və qayıdanda danışdığım, yazdığım kimi. Yenə burdayam. Tarixin içində.

Adi bir reportyor kimi öz peşəmin içində. Məsul və məsud Vətəndaş tək Azərbaycanın xidmətində. Xoşbəxt olmaqdan ötrü adama daha nə lazımdır ki?

Sabahınız xeyir!
Günortanız xeyir!
Axşamınız xeyir!
Zamanınız xeyir!

Mirşahin Ağayev

Xəbər 109 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +