“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


22.02.2022  12:09 

Mətbuat xidmətlərində ikili standartlar...





A+  A-

Konkret vaxtını da deyim, 2019-cu ilin martın 30-da, şənbə günü Beynəlxalq Mətbuat Mərkəzində mətbuat kateqoriyalara bölündü və 2-ci, 3-cü kateqoriyalara düşənlərin səs-səmiri də çıxmadı.

Bir kəlmə də demədilər ki, niyə axı, mən 2-ci və ya 3-cü kateqoriyaya aid edilirəm. Axı, mənim 1-ci kateqoriyada olandan nəyim əskikdi? Bilirdilər ki, dillənsələr, ümumiyyətlə, kateqoriyasız qalacaqlar və ovaxtkı KİVDF-nin maliyyə yardımından yararlana bilməyəcəklər.

Amma vaxt ötdü, dövran dəyişdi, aşağı kateqoriyaya düşənlər onlara edilən “haqsızlığa” qarşı çıxdılar. Səhv etmirəmsə, bəziləri yenə də aşağı kateqoriyadadırlar və artıq taleləri ilə barışıblar.

Bu epizodu niyə xatırladım? Bizim bəzi mətbuat xidmətlərinin rəhbərləri də mediaya indi belə yanaşmağa cəhd edirlər. Məsələn, bir də görürsən, özlərinin dediyi kimi, “partladan xəbəri” birinci hansısa agentliyə, yaxud sayta göndərirlər. Ondan sonra saytlarına yerləşdirirlər. Amma sıradan bir xəbər olanda saytlarında qoyur, sonra da o sayta, bu sayta zəng edərək, “bizim xəbəri verməyinizi xahiş edirik” deyərək, minnətçi düşürlər.

Və ya onlara göndərilən sorğuya verilən cavab olsun. Əməkdaş hansısa nazirliyə, yaxud komitəyə sorğu göndərir, bir müddət sonra görürsən ki, sənin sorğuna cavab başqa bir saytda gedir. Zəng edirsən ki, ay müəllim, ay xanım, axı, bu sorğunu mən göndərmişəm, cavabı “X” saytına göndərmisiniz. Həmişə də bir cavabları olur: “Onlar sizdən əvvəl sorğu göndərmişdilər”.

Bir dəfə tez göndərsinlər, üç dəfə olsun, beş dəfə olsun, amma eyni mövzuyla bağlı eyni sorğunun eyni gündə göndərilməsi mümkün ola bilməz, axı. Belə yerdə, yalançının... deməkdən başqa söz tapmırsan.

Bu iradı mətbuat xidmətlərinin rəhbərlərinə də bildirmişik. Bu dəfə etirazımızı belə çatdırdıq. Nəticə olmasa, adbaad yazmaqdan başqa yol qalmayacaq.

Qalib Ìbrahimoğlu

Xəbər 8016 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +