“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


14.02.2024  22:08 

Antalya böyük bir fəlakətlə üzləşib...-FOTOLAR





A+  A-

Meteorologiya Ümumi Müdirliyinin narıncı kodla xəbərdar etdiyi Antalyada bir fəlakət yaşanıb. Gecə saatlarından başlayan güclü yağış bir çox ünvanda su basmasına səbəb olub. Yollar göllərə çevrilib, çoxlu sayda avtomobillər yolda qalıb. Güclü yağışın təsirli olduğu 5 mərkəzi rayonda məktəblər 1 gün müddətinə bağlanıb.

Xəzərnews.az xəbər verir ki, dünən axşam saatlarından Antalyayada başlayan şiddətli fırtına səhər saatlarında güclü yağışa çevrilib.

Küləyin gücü artaraq bəzən saatda 50 kilometrə çatıb. Şiddətli tufandan sonra səhər saatlarında güclü yağış yağıb, bir çox məntəqələrdə daşqınlar baş verib.

Park edilmiş avtomobillər yollara sürüklənib, çoxlu evləri su basıb. Yeraltı keçidlərdə suyun səviyyəsi qalxıb.

Muratpaşa mahalında Şarampol yeraltı keçidi sel səbəbiylə nəqliyyat vasitələrinə bağlanıb.

Hava nəqliyyatı dayandırıldı

Əlverişsiz hava şəraiti ilə əlaqədar Antalya Hava Limanında uçuşlar bir müddət dayandırılıb. Superliqada "Samsunspor"la qarşılaşan "Antalyaspor"u daşıyan təyyarə Antalya hava limanına enə bilmədiyi üçün Qazipaşa hava limanına enib. Antalyaspor komandası Antalyaya quru yolu ilə dönüb.

5 rayonda məktəblər bağlanıb

Antalya valiliyindən verilən açıqlamada deyilir:

"Şəhərimizdə davam edən əlverişsiz hava şəraiti, sel və daşqınlar səbəbilə 13.02.2024 Çərşənbə axşamı günü 5 mərkəzdə təhsil müəssisələrimizdə təhsil 1 gün müddətinə dayandırıldı. Bundan başqa, əlverişsiz hava şəraiti ilə əlaqədar 5 mərkəzi rayonumuzda dövlət müəssisələrində çalışan əlil, hamilə və xroniki xəstələrə 1 günlük inzibati məzuniyyət veriləcək".



















İsmayil
XəzərNews.Az



Xəbər 1560 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +