“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.04.2020  13:49 

Britaniya epidemiyanın pik həddinə yaxınlaşır





A+  A-

Böyük Britaniyada koronavirus epidemiyasının pik həddinin yaxınlaşdığı ehtimal olunur.
XəzərNews.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok “Sky News” telekanalında açıqlama verib. Bununla belə nazir bildirib ki, epidemiya ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğv olunması üçün hələ ki, tezdir.

“İndi məhdudlaşdırıcı tədbirlərin ləğvi haqda danışmaq üçün çox tezdir. İnsanlar pik həddə çatmağımıza baxmayaraq rəqəmlərin azalmadığını görə bilərlər” ,- deyə nazir bildirib.

Henkokun sözlərinə görə, təcrid rejimi yüngülləşdirilsə, ölkə dərhal normal həyata qayıda bilməyəcək. O qeyd edib ki, sosial məsafə qaydalarının tamamilə ləğvi üçün müəyyən vaxt lazımdır.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 98,476-ya çatıb, 12,868 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbər 1483 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +