Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi


11.08.2018  10:08 

“Aİ-95” və “Aİ-98” neçəyə başa gəlir?





A+  A-

Azərbaycana idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə “Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

Ümumiyyətlə, ictimaiyyətdə avtomobil yanacağının qiymətlərinə olan maraq daim gündəmdədir. Dünya bazarında yanacağın qiymətinin sürətlə dəyişməsi meyilliliyinin ölkəmizə nə dərəcədə təsir edəcəyi əhali arasında böyük marağa səbəb olur. Bunu nəzərə alaraq mütəxəssislərimiz tərəfindən hazırda Azərbaycan Respublikası və qonşu ölkələrdə Premium markalı avtomobil benzinlərinin satış bazarında mövcud vəziyyət müqayisə edilib.

Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində “Premium Euro-95” markalı avtomobil benzininin pərakəndəsatış qiyməti hər litr üçün 1.25 AZN (0.74 ABŞ dolları), “Super Euro-98” markalı avtomobil benzinin pərakəndəsatış qiyməti hər litr üçün 1.5 AZN (0.88 ABŞ dolları) təşkil edir. Ölkəmizdə adı çəkilən benzin markalarının qiymətinin formalaşmasına dünya bazarında bu neft məhsullarına mövcud olan qiymətlər birbaşa təsir göstərir. Belə ki, göstərilən benzinlər hazırda Azərbaycan Respublikasında istehsal edilmir və digər ölkələrdən idxal olunur. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkədə istehsal edilməyən bu benzin növlərinə qiymətlər dövlət tərəfindən tənzimlənən mallar siyahısına aid edilməyib və xaricdən idxal edilən bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.

Xəbər 1272 dəfə oxunub.



12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +