13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


18.11.2022  11:44 

Deputat Nazim Bababəyli vəfat edib





A+  A-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Bababəyli 69 yaşında vəfat edib.

Qeyd edək ki, Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub.

O, 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri və “Naxçıvan” Universitetində müəllim kimi çalışıb. Alim 2004-cü ildə “Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Naxçıvan MR Ali Məclisinin deputatı olan N.Bababəyli Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü idi. Əsasən Aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

3 övlad atası olan N.Bababəyli görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Bababəylinin qardaşıdır./Report

Xəbər 963 dəfə oxunub.



04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +