“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.08.2019  13:03 

İmkansızlar üçün pulsuz hazırlıq kursları açıldı





A+  A-

Azərbaycanda imkansız abituriyentlər üçün pulsuz hazırlıq kursları yaradılıb. Yeni sosial layihə inşaat materialları istehsalı üzrə Azərbaycanın aparıcı şirkətlərindən biri olan, "FORTİS GROUP” MMC tərəfindən reallaşdırılıb.
XəzərNews.az xəbər verir ki, yeni təhsil mərkəzi – "FORTİS ACADEMY” sentyabrın 15-dən etibarən şirkətin ərazisində fəaliyyətə başlayır. Tamamilə sosial məqsədlərlə yaradılan bu mərkəzin bütün xərcləri şirkət tərəfindən qarşılanacaqdır. "FORTİS ACADEMY” təhsil mərkəzində şirkət əməkdaşlarının, eləcə də sosial təminatı zəif olan ailələrin övladları (9,10,11-ci sinif şagirdləri) üçün tam təmənnasız və ödənişsiz abituriyent hazırlığı fürsəti yaradır. Müasir texnologiya və innovativ tədris-metodik imkanları ilə yanaşı, təhsil ocağı abituriyentləri ödənişsiz dərs vəsaitləri və sınaq imtahanları ilə təmin edir. Bundan əlavə tələbələrin kursa vaxtında və rahat gəlmələri üçün şirkət tərəfindən ödənişsiz fəaliyyət göstərən avtobuslar da ayrılıb. Qeydiyyatdan keçmək üçün 31 avqust tarixinə qədər bizimlə əlaqə saxlaya bilərsiniz.

E-mail: [email protected]

Ünvan: Xırdalan şəhəri, Z.Tağıyev küç.13

Tel: + 994 050 251 90 20

Xəbər 1679 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +