“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.04.2019  09:54 

Ağ Evdə tarixi görüş





A+  A-

Türkiyənin xəzinə və maliyyə naziri, prezident Rəcəb Tayib Ərdoğanın kürəkəni Berat Albayrak “IMF-Dünya Bankı” və “G20” toplantısında iştirak etmək üçün ABŞ-a rəsmi səfər edib.
XəzərNews.az-ın “NTV”yə istinadən xəbərinə görə, nazir səfər çərçivəsində ABŞ prezidenti Donald Trampın qəbulunda olub.

Görüşdə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, ABŞ prezidentinin sözçüsü və kürəkəni Cared Kuşner də iştirak edib. Bu, Ağ Evdə baş tutmuş tarixi görüşlərdən biri kimi dəyərləndirilir.

Görüşdə iqtisadi əməkdaşlıq, “S -400” raket sistemləri ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında ticarətin miqdarı 75 milyard dollara çatıb.

Görüşü şərh edən B. Albayrak bildirib: “Donald Trampdan olduqca müsbət rəylər aldıq. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanı məlumatlandıracağıq”.

O, həmçinin ABŞ və Türkiyə prezidentlərinin yaxın zamanlarda görüşəcəyinin də anonsunu verib.

Xəbər 1437 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +