Attestatlar üçün pul tələb olunmur - AÇIQLAMA
“Azercell” xalqı saymır, ciblərə girir... - Politoloq
“Azercell”ə ETİRAZ - Haştaq yaradıldı
Evləri sökülən sakinlər narazıdır - Nə qədər pul verilir?
Spiker Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyib
Baş həkimi öldürmək istədilər - Azərbaycanda
Qeyri-sabit hava şəraiti bu vaxtadək davam edəcək
İran “qırmızı xətlərinin” sayını artırır - Politoloq
Söz verildi: Bu qədər artıq kartof yetişdiriləcək - Ucuzlaşacaq?
Qanunsuz tikinti sökülüb -Fotolar


15.03.2019  10:16 

Yeni Zelandiyada iki məscidə hücum - 27 nəfər öldü





A+  A-

Yeni Zelandiyanın Kraystçerç şəhərində 2 məscidə silahlı hücum zamanı azı 27 nəfər ölüb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin dini düşmənçilik zəminində baş verdiyi və 4 kişi ilə 1 qadından ibarət qrupun törətdiyi xəbər verilir.

Həmin şəxslər güllələnmə anlarını canlı olaraq sosial şəbəkələrdə yayıblar və hücumdan 30 dəqiqə əvvəl müsəlmanlar və miqrantlara nifrət təbliğ edən, ağ irqin aliliyini tərənnüm edən manifest dərc ediblər.

Terroru törədənlər polis tərəfindən saxlanılıblar. Hücuma məruz qalan Əl-Nur məscidində kriket üzrə Banqladeş yığmasının oyunçularının da olduğu, amma sağ qaldıqları da məlumdur.

Hazırda Yeni Zelandiyada bütün dövlət idarələri və məktəblər bağlanıb. Polis bur neçə partlayıcı qurğunu zərərsizləşdirib. Əl Nur məscidində müsəlmanları güllələyənlərdən biri 28 yaşlı ultrasağçı millətçi Brenton Tarrantdır.

Xəbər 1500 dəfə oxunub.




03.06.2025  09:58 

Qanunsuz tikinti sökülüb -Fotolar

02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub


BÜTÜN XƏBƏRLƏR +