“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.03.2024  13:54 

Pərviz Şahbazov Françesko La Kamera ilə görüşüb





A+  A-

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.

Xəzərnews.az xəbər verir ki, Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda bərpa olunan enerji güclərinin və regional “yaşıl enerji dəhliz”lərinin yaradılması, “yaşıl enerji” texnologiyalarının inkişafı, ölkəmizlə IRENA arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) vasitəsilə bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri çərçivəsində əməkdaşlıq, Bakıda İnvestisiya Forumunun təşkili məsələləri nəzərdən keçirilib. Həmçinin IRENA-nın Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü, bu ilin aprel ayında Abu Dabidə keçiriləcək IRENA Assambleyasının on dördüncü sessiyasında iştirak, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.



Xəbər 1272 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +