Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


20.07.2020  16:11 

Kreml meyvə bazarındakı məsələyə münasibət bildirib





A+  A-

"Rusiya Azərbaycan və Ermənistan arasındakı münaqişənin tez bir zamanda həllinə ümid edir, bu, Rusiya Federasiyasında bu ölkələrdən olanların emosional vəziyyətini normallaşdıracaq".
XəzərNews.az-a xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov jurnalistlərə açıqlamasında Moskvada yaşayan və işləyən azərbaycanlılar və ermənistanlılar arasında ticarətlə bağlı yaranmış problemlərə Kremlin diqqət edib-etməməsi barədə sualı cavablandırıb:

"Bilirsiniz ki, Moskvada və ümumilikdə Rusiyada çox sayda azərbaycanlılar və ermənilər var və onların hamısı Rusiya Federasiyasının hörmətli vətəndaşlarıdır. Mən, miqrantlarla yanaşı, Rusiya Federasiyasının vətəndaşı olanları nəzərdə tuturam və hamısı cəmiyyətimizin dəyərli üzvləridir. Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin artması bu vətəndaşlarımızı laqeyd qoya bilməz və əlbəttə ki, onlar emosional olaraq reaksiyalarını göstərirlər ”.

Peskov Rusiya Federasiyasının hər iki tərəfi təmkinli olmağa, atəşkəsi bərpa etməyə və hər hansı bir zorakılığa son qoymağa çağırdığını xatırladıb. "Buna görə ümid edirik ki, bu vəziyyət ən qısa zamanda həll ediləcək və bununla da emosional fon da normal vəziyyətə qayıdacaq",-deyə o yekunlaşdırıb.

Xəbər 1762 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +