İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


03.04.2019  16:02 

Almaniyada mülk alan azərbaycanlıların sayı artır





A+  A-

Almaniyada 2017-ci ildə kommersiya xarakterli daşınmaz əmlaka 57,3 milyard dollar investisuya yatırılıb.
XəzərNews.az xəbər verir ki, xarici ölkə vətəndaşlarının bu investisiyada payı az deyil.

Təkcə 2018-ci ildə xarici ölkə vətəndaşlarının Almaniyada daşınmaz əmlaka yatırdıqları vəsait 25 milyard avronu keçib və 2017-ci illə müqayisədə 45% artıb.

Maraqlıdır ki, keçmiş Sovet respublikalarından, o cümlədən Azərbaycandan əmlak alıcılarının sayı artmaqdadır.

“Bizim Ukraynadan, Qazaxıstandan və Azərbaycandan kifayət qədər çox alıcımız var”-deyə “Tranio” əlan şirkətinin ofis rəhbəri Boris Eliasson deyib.

O, azərbaycanlı müştərilərinin, digər post sovet sakinləri kimi əmlakı ilk növbədə Berlində almağa meyl etdiklərini açıqlayıb. Paralel olaraq, Şərqi Almaniyanın Leypsiq, Maqdeburq, Yena şəhərlərinin də maraq kəsb etdiyini xatırladıb.

Almaniyada ən yüksək əmlak qiymətlərinin Şimali Reyn-Vestfaliya federal torpaqlarında olduğu və bu regiona daha çox Yaxın Şərqdən gələn ərəb zənginlərinin yatırım etdiyi bildirilir.

“Tranio”nun daxili statistikasına görə, keçmiş Sovet ölkələrinin sakinləri orta hesabla Almaniyadakı mülklərinə 455 min avro vəsait xərcləyirlər.

Bu ölkənin daşınmaz əmlakına ən çox yatırım edən ölkə vətəndaşları isə ABŞ, Böyük Britaniya, Fransa və Çin vətəndaşlarıdır.

Xəbər 1543 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +