Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


13.11.2017  12:48 

151 dövlət əmlakı satışa çıxarıldı





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
XəzərNews.az xəbər verir ki, hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sabirabad, Yevlax, Salyan, Mingəçevir, Ucar və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə yerləşən Əmlak kompleksi, Mingəçevirdə olan Quşçuluq yardımçı təsərrüfatı, İmişli rayonundakı Avtoqaraj kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 10-a yaxını sənaye, 20-dən çoxu xidmət, 10-a yaxını təmir-tikinti, qalanları isə digər sahələrə aiddir.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Oğuz Kəndkimya”, “Çatal Broyler”, “Azərmetalinvest”, “Kürdəmir Kəndkimya Təchizat”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlər var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Xəbər 1860 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +