Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


30.10.2017  09:46 

Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək?





A+  A-

“Rəsmi Ankaranın bir sıra Qərb ölkələri, xüsusən də ABŞ və Almaniya ilə münasibətlərinin pisləşməsi Türk lirəsinin dəyərsizləşməsi prosesini sürətləndirib”.
XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O bildirib ki, son 1 ildə dollara nisbətən 22 faiz ucuzlaşan lirə yalnız oktyabr ayında 7 faizə yaxın dəyər itirib: “İndi 1 dollar almaq üçün təxminən 3.8 lirə ödəmək lazımdır. Türkiyə Azərbaycan üçün yalnız stratreji deyil, həmçinin iqtisadi tərəfdaş olduğundan lirənin məzənnəsi bizim üçün də, dolayı olsa belə, vacibdir.

Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycan Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir.

Rəqəmlər göstərir ki, Türkiyə Azərbaycan üçün vacib tərəfdaşlardan biridir və bu baxımdan, lirənin ucuzlaşması bizim üçün də arzuolunan deyil. Belə ki, ucuzlaşan lirə Azərbaycanın Türkiyəyə qeyri-neft ixracatına mənfi təsir göstərə bilər. Çünki, Azərbaycan məhsulları Türkiyə bazarında lirə ifadəsində bahalaşır ki, bu da qeyri-neft məhsullarımızın qardaş ölkədə rəqabət imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, lirənin ucuzlaşması Türkiyədən idxalı stimullaşdırır ki, bu da ticarət dövriyyəmizdəki saldo üçün əlverişli deyil”.

Xəbər 2019 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +