Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


12.03.2020  10:07 

Xərçəngdən qoruyur, yaddaşı yaxşılaşdırır





A+  A-

Alimlərin yeni araşdırımaları göstərib ki, zəncəfil insan həyatını uzada bilir.
XəzərNews.az “MedikForum.ru”ya istinadən xəbər verir ki, zəncəfilin insan həyatını uzatması məhsulun orqanizmi xərçəngin müxtəlif növlərindən qoruması ilə bağlıdır. Konkrer olaraq, o, kolorektal xərçəngin (yoğun bağırsaq xərçəngi) inkişafının qarşısını ala bilir. 30 nəfərin iştirakı ilə keçirilən eksperiment göstərmişdi ki, gündəlik 2 qram zəncəfil ekstraktının qəbulu bağırsaqda iltihabi siqnal molekullarının konsentrasiyasını yetərincə azaldır.

Bundan əlavə, zəncəfil ürək-damar xəstəlikləri daxil, digər xəstəliklərdən də qorunmağı təmin edir. Ürək xəstəlikləri “pis” xolesterinin orqanı oksigenlə təmin edən arteriyaları tıxaması zamanı yaranır. Siçovullar üzərində keçirilən tədqiqat göstərmişdi ki, zəncəfil ekstraktı bu növ xolesterinin səviyyəsini statin atorvastatin preparatı kimi aşağı sala bilir.

Həmçinin tədqiqatlarla sübut olunmuşdu ki, zəncəfil Altsheymer xəstəliyindən də qoruyur. Yaşlı insanlarla keçirilən sınaqlar isə zəncəfilin reaksiya və iş yaddaşını yaxşılaşdırdığını ortaya çıxarmışdı.

Xəbər 1840 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +