Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


24.04.2018  17:09 

Əfqan Muxtarlının şikayəti təmin edilmədi





A+  A-

Şəki Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə jurnalistin şikayəti təmin edilməyib və o, həbsdə saxlanılıb. İttihama görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir. Balakən rayon Məhkəməsinin hökmü ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdna məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verərək bəraət verilməsini tələb edib.

Xəbər 3020 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +