Slovakiya sanksiya paketini təsdiq edəcək-Robert Fitso
Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü
Ukraynanın yeni baş naziri təsdiqləndi
Gömrükdə rəhbərlər dəyişsə də, üslub dəyişməyib
Sabir Rüstəmxanlının kitabı Sarayevoda nəşr olundu
Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə edib
Kamran Əliyev iki xanım prokurora yeni vəzifə verdi
Əliyev və Berdiməhəmmədov Şuşada - Foto
Kanalda batan çempionun meyiti tapıldı


03.02.2024  16:29 

Arutyunyan seçkilərdə iştirak etmək istəyir





A+  A-

Araik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib.

Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib.

Bundan əvvəl də yazdığımız kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır.

Xatırladırıq ki, bu barədə TV Musavat rəsmi olmayan mötəbər qaynaqlardan məlumat alıb. Məlumatda iddia olunur ki, hazırda Araik Arutyunyan və digər separatçı liderlərin istintaqı gedir: "Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, "ucuz yırtmaq" məqsədi ilə belə davranış sərgiləyir.

Məlumatda o da vurğulanır ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi "Alov qüllələri"nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: "Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm", deyə, hər dəfə də yaltaq - yaltaq təkrar edir.

Məlumatda o da vurğulanır ki, Araik Arutyunyan və digər separatçı dustaqlar hər həftə ailələri ilə telefonıa danışır, yaxşı qidalanır, yaxşı şəraitdə saxlanırlar. İddia olunur ki, Araik 10 kq kökəlib.

Mötəbər qaynağımız bildirir ki, Araik Arutyunyanın bu arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün rəsmi Arbaycan vətəndaşı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Araikin arzusu var./Musavat.com

Xəbər 3320 dəfə oxunub.




17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq

17.07.2025  11:35 

Suriya qüvvələri geri çəkildi

17.07.2025  11:32 

Liderlər Füzulidədir


BÜTÜN XƏBƏRLƏR +