Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


20.12.2019  09:28 

Bakı metrosunda sıxlığın səbəbi bilindi





A+  A-

Bu gün səhər saat 07:00 radələrində Bakı metrosunun İçərişəhər istiqamətində hərəkət edən iki qatar arasında intervalın 8 dəqiqəyə çatması nəticəsində sıxlıq yaranıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat katibi Bəxtiyar Məmmədov XəzərNews.az-a açıqlamasında bunun səbəbini metronun İçərişəhər stansiyasında qatarların birində yaranan nasazlıqla əlaqələndirib. Bu səbəbdən həmin qatar sərnişinsiz depoya göndərilib və yenisi ilə əvəzlənib.

Nəticədə həmin istiqamət üzrə hərəkət edən qatarlar arasında interval 8 dəqiqəyə çatıb. Bu isə metroda sıxlığa gətirib çıxarıb.

Məmmədovun sözlərinə görə, hazırda dispetçerlər iki qatar arasında intervalın əvvəlki vəziyyətə gətirilməsi və ümumi qrafikin normaya salınması işləri ilə məşğuldurlar. Məsələ qısa zaman ərzində həllini tapacaq.

Xəbər 1909 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +