Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


31.08.2021  09:16 

Rusiya azərbaycanlı yumoristi ömürlük deportasiya etdi





A+  A-

Rusiya Daxili İşlər Nazirliyi Azərbaycan əsilli Belarus vətəndaşı, “stand up” ustası İdrak Mirzəlizadəni “ömürlük arzuolunmaz şəxs” elan edib və onun Rusiyadan deportasiyası haqda məhkəmə hökmü çıxarılıb.
XəzərNews.az Rusiya mediasına istinadən xəbər verir ki, ruslarla bağlı zarafatına görə 10 gün inzibati həbsə məhkum edilən yumoristlə bağlı qərarı Rusiya DİN belə şərh edib:

“İctimai çıxışında İdrak Mirzəlizadə, ruslara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bununla əlaqədar olaraq, onun Rusiya Federasiyasında olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni maraqlarını təhdid edən kimi tanınır. Təqdimat formasından asılı olmayaraq, millətlərarası münasibətlərin sabitliyini pozmağa yönələn ifadələr yolverilməzdir".

Qeyd edilir ki, İdrak Kahin oğlu Mirzəlizadə 2021-ci ilin martında Rusiyada yaşayış icazəsi alıb. O, mart ayındakı yumoristik çıxışı internetdə yayıldıqdan sonra avqustun əvvəlində Moskvanın Taqan rayon məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs cəzası almışdı. Mirzəlizadə məhkəmədə bildirib ki, onun səsləndirdiyi zarafatlar ksenofobiya xarakteri daşımayıb. Yumorist sərbəst buraxıldıqdan sonra zarafatından inciyən hər kəsdən üzr istəyib.

Xəbər 2134 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +