Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


02.07.2018  12:06 

İş adamları bu qaydanı pozsa, 2 min cəriməsi var





A+  A-

Dünən Bakıda və və Abşeron yarımadasında 120 il ərzində rekord temperatur göstəricisinin qeydə alınması insanlar arasında təşviş yaradıb.
XəzərNews.az xəbər verir ki, temperaturun 44 dərəcəyə qalxması ev şəraitində belə insanları narahat edib və onların vəziyyətinin pisləşməsinə səbəb olub.

Yaxın günlərdə də temperaturun bu həddə olacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu məlumat yayıb. Bildirilir ki, iyulun 3-dən 4-nə kimi də kəskin istilər müşahidə ediləcək.

Bəs isti havalarda işəgötürənlərin nələrə əməl etməsi məsələsi qanunvericilikdə necə əks olunub?

Bir daha xatırladırıq ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Əgər işəgötürənlər tərəfindən Məcəllənin 233-cü maddəsinin tələbinə əməl edilməzsə və Dövlət Əmək Müfəttişliyinə şikayət daxil olarsa, qurum qanunauyğun olaraq ölçü götürür. Belə ki, həmin şəxsləri İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən 1000 manatdan 2000 manata qədər cərimə gözləyir.

Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +