Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


18.09.2017  18:09 

Sentyabr niyə belə isti keçir?





A+  A-

Yadınızdadırsa, bu il mayın sonlarında yağış, dolu, külək üstəgəl soyuq hava müşahidə edilirdi. Yay fəslinə gec girdiyimiz kimi deyəsən, payız fəslində də eyni hal mövcud olacaq.
Belə ki, sentyabr olmasına baxmayaraq hələ də istilər hökm sürür. Məsələn, ötən illərdə payız küləyini hiss edir, günlərlə yağan yağışların şahidi olurduq.
Havaların bu cür keçməsinin səbəbi nədir?

Əvvəlki illərdən fərqli və mənfi cəhətlərin təzahürü olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya institutunun direktoru Ramiz Məmmədov Modern.az-a açıqlamasında havaların sentyabrda isti keçməsinə aydınlıq gətirib:

“Planetdə iqlim dəyişikliyinin təzahürü baş verir və bu da havalara təsir edir. Qlobal istiləşmə olduğu üçün hazırda sentyabr olmasına baxmayaraq isti havalar müşahidə edilir. Bu cür vəziyyət təbii ki, növbəti fəsillərə də təsir edə bilər. Yəni qışda kəskin istilərin və ya yazda soyuq havaların olma ehtimalı var. Amma heç kim bunun proqnozunu öncədən deyə bilməz. Ola bilər ki, üzümüzə gələn qış fəsli həm çox soyuq olsun, həm də əksinə isti keçsin. Elm bu istiqamətdə hansısa gözləntini bildirə bilmir. Bəzi hallarda əvvəlki illərdən fərqli və mənfi cəhətlərin təzahürü olacaq. Təbii ki, bu cür iqlim dəyişikliyi, hava durumu insanların səhhətinə də birbaşa təsir göstərəcək. Əgər insanlar bu vəziyyətə adaptasiya olsalar, xilas olacaqlar. Amma əksi olarsa, mənfi təsirlər qaçınılmazdır”.

Amerika sazişə qol çəkməsə, havalar düzəlməyəcək

R.Məmmədov qeyd edib ki, tədbirlər görülmədiyi halda iqlim dəyişikliyi fəlakətə səbəb ola bilər:

“Bu gün insanlar planetimiz üçün hər hansı tədbir görməlidir. Birinci növbədə atmosferə buraxılan karbon qazları azaldılmalıdır. Qlobal istiləşmə planetdə ekoloji tarazlığın pozulmasının nəticəsidir. Məhz həmin səbəb üzündən qışda istiliklər artır, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. Bunun nəticəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan növləri ya azalır, ya da tamamilə yox olur.

Ötən il dünyada aramsız yağışlar və güclü küləklər nəticəsində dağıdıcı daşqınlar, fəlakətlər müşahidə olundu. Beynəlxalq Hidrometeorologiya Assosiasiyası ekspertlərinin hesablamalarına görə, yay mövsümündə aylıq yağıntının miqdarı normadan 28 dəfə çox olub. 2009-cu ildə yayda payız mövsümünə xas olan iqlim xüsusiyyətləri müşahidə edildi, payızda isə qışa xarakterik olan temperaturlar qeydə alındı.

Bilirsiniz, bir neçə il bundan qabaq problemin qarşısının alınması üçün “Paris müqaviləsi” deyilən beynəlxalq sənəd ərsəyə gəldi. Əksər dövlətlər buna imza çəksə də, Amerikanın prezidenti Donald Tramp Paris sazişindən imtina edib. Halbuki atmosferi çirkləndirən əsas ölkə Amerikadır. Onlar bu sazişə qol çəkməsə, məsələ həll olunmayacaq”.

Xəbər 1796 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +