Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


28.01.2019  16:19 

Bakıda sabiq hakim məhkəmə zalında HƏBS EDİLDİ





A+  A-

Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.

İttiham aktına əsasən, T.Zeynalov Asif Bağırova qarşı xeyli miqdarda dələduzluq edib.

O, A.Bağırovun etibarından sui-istifadə edərək ondan 20 min manat pul alıb.

Xatırladaq ki, T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi.


Xəbər 1696 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +