Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


25.01.2023  15:58 

Ölkədə cinayətlərin sayı 40 faiz artıb... - Son 2 ildə





A+  A-

Daxili İşlər Nazirliyində qurumun ötənilki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrlə bağlı Kollegiya iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, iclasda daxili İşlər naziri Vilayət Eyvazov 2022-ci ilin yekunlarına dair bəzi göstəriciləri açıqlayıb.

Məlum olub ki, ötən il Azərbaycanda 36 min 494 cinayət qeydə alınıb. Bu o deməkdir ki, ötən il ölkədə cinayət sayında müşahidə olunan kəskin artım davam edir. Rəsmi rəqəmlərə görə, 2018-2020-ci illərdə Azərbaycanda ortalama 26 min civarında cinayət olayı qeydə alınıb. 2021-ci ildə belə cinayətlərin sayı birdən-birə 5 mindən çox artaraq 31 min 131-ə yüksəlib. Ötən ilsə cinayət sayı daha 5 min çoxalaraq 36 min 494 olub. Beləcə, son iki il ərzində ölkədə qeydə alınan cinayətlərin sayı 40 faizə yaxın yüksəlib.

Cinayət sayının artması ilə bağlı daha bir məqam narahatlıq doğurur. Söhbət həm də ağır cinayətlərin say artımından gedir.

Rəsmi rəqəmlərə görə, 2019-cu ildə ölkədə qeydə alınan cinayətlərin 11 faizi ağır cinayətlərdən idi. 2020-ci ildə həmin rəqəm 13.3 faizə yüksəlib. 2021-ci ildə isə belə olayların 16 faizi ağır cinayət olub. Ötən il bu rəqəm bir qədər də yüksələrək 16.6 faizə çatıb. Bu o deməkdir ki, əgər 2019-cu ildə ölkədə baş verən təxminən hər doqquz cinayətdən biri ağır cinayət idisə, ötən il qeydə alınan təxminən hər altı cinayətdən biri ağır cinayət sayılıb. Görünür, bu üzdən nazirlik ağır cinayətlərə dair açıqladığı rəqəmləri dəyişib. Əgər öncələr nazirlik cinayətlərin faiz göstəricisini diqqətə yetirirdisə, son iki ildə ağır olmayan cinayətlərin toplam cinayətlər arasındakı payını açıqlamağa başlayıb.

Xəbər 4066 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +