Biz Tehranda qala bilmərik -Məsud Pezeşkian
Elektrik Stansiyasına edilən hücumlar cavabsız qalmayacaq -Putin
Rusiya bu ölkə ilə viza rejimini ləğv edəcək
Putin SSRİ-nin dağılmasının səbəbini açıqladı
Qarabağda döyüşənlər medallarını qaytarır - VİDEO
Prezidentlər görüşdü -FOTOLAR
Məmləkətin gündəmi “adnanfason”dur - Ekspert
Kilsə uçdu: 30 ölü, 200 yaralı var
Ukrayna 185 hərbçisini Rusiyadan geri aldı
Cabir İmanovun səs yazısı yayıldı-VİDEO


01.10.2025  14:41 

İsveçrənin ədliyyə naziri Fərhad Əliyevin sabiq müşavirinin arzusunu yerinə yetirmədi





A+  A-

Yeni vətəndaşlıq kimliyi alan mühacir Şahverdi Əhədov (64) İsveçrə pasportunun ona şəxsən təqdim olunması xahişi ilə Federal Şuranın üzvünə geri göndərib.

Bu barədə İsveçrənin “20 Minuten” qəzeti xəbər yayıb.

Soydaşımız pasportun təntənəli mərasimdə - bələdiyyə və ya mer tərəfindən vətəndaşa təqdim olunmasının daha yaxşı ola biləcəyini vurğulayaraq yerli post vasitəsi ilə aldığı pasportu birbaşa Federal Şuranın üzvü Beat Jansa geri göndərib.

Yazdığı məktubda isə öz istəyini dilə gətirib.

İsveçrənin Ədliyyə naziri olan Beat Jans Şahverdi bəyin müraciətinə cavab olaraq yazıb ki, hamı ilə eyni cür rəftar olunmalıdır. Ona görə də sizin pasportunuzu geri göndərirəm. Yəni soydaşımızın xahişinin yerinə yetirilməsini mümkünsüz sayıb.

“20 Minuten” qəzeti yazır ki, 2007-ci ildə İsveçrəyə sığınan Şahverdi Əhədov deyib ki, İsveçrəyə gələndən özümü isveçrəli kimi hiss edirdim: "İsveçrəyə çox minnətdaram. Burada doğulan hər kəs özünü həqiqətən şanslı hesab edə bilər".

Qəzet onu da bildirir ki, soydaşımız İsveçrə Xalq Partiyasının (alm. Schweizerische Volkspartei‎Schweizerische Volkspartei, SVP) üzvüdür. Bir sıra sosial layihələrdə iştirak edir.

Ümumiyyətlə, Şahverdi Əhədov aktiv adamdır. İsveçrə mətbuatı onun haqqında dəfələrlə məqalələr təqdim edib. O, fermerlərin yarı qiymətinə tingi ala bilməsi üçün kampaniyaya başlayıb. Əhədovun sayəsində indi İsveçrədə müxtəlif yerlərində minlərlə qoz ağacı əkilib.

Onu da qeyd edim ki, Şahverdi Əhədov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müşaviri olub. Elə Fərhad Əliyevin həbsindən sonra da Azərbaycanı tərk edib.

Əslən cənub bölgəsindən olan Şahverdi Əhədov Bakıda olarkən taxılçılığın inkişafı ilə bağlı Heydər Əliyevə məktub yazıb. Mərhum prezidentin göstərişi ilə Fərhad Əliyev ona yüksək vəzifə verib...

Elbəyi Həsənli
Sürix





Xəbər 3734 dəfə oxunub.



02.10.2025  18:20 

Prezidentlər görüşdü -FOTOLAR

02.10.2025  17:27 

Məscid imamı öldürüldü

02.10.2025  16:18 

Nazir rəisi işdən çıxartdı

02.10.2025  14:26 

Teleqram ödənişli OLDU

02.10.2025  12:44 

Sabah 24 dərəcə isti gözlənilir


BÜTÜN XƏBƏRLƏR +