“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


24.09.2025  11:44 

Əliyevlə Ərdoğan İrəvana səfər edəcək?





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəkləri barədə iddia yayılıb.

XəzərNews.az xəbər verir ki, bu haqda Ermənistanın “Respublika naminə” partiyasının lideri Arman Babacanyan ölkəsinin “Civic.am” portalına müsahibəsində danışıb.

Bildirilib ki, liderlərin səfəri İrəvanda Avropa Siyasi Birliyinin sammitində iştirak üçün nəzərdə tutulub. Babacanyanın sözlərinə görə, eyni zamanda ABŞ Prezidenti Donald Trampın da tədbirə dəvət edilməsi istiqamətində diplomatik səylər aparılır.

Partiya lideri qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı dialoqun və regionda dinc münasibətlərin möhkəmləndirilməsi yolunda vacib addım olacaq.

Sözügedən iddiaya Türkiyə mediasında da rast gəlmək olar. Belə ki, “Türkiye Gazetesi” həmin xəbəri dərc edərək “Azərbaycan və Ermənistan arasında II Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs və sülh razılaşmasının ardından Bakı-İrəvan xəttində buzlar əriməyə davam edir” şərhini verib.

Məlumat üçün bildirək ki, Avropa Siyasi Birliyinin növbəti sammiti bu ilin oktyabr ayında Kopenhagendə baş tutacaq. 2026-cı ildə isə birliyin sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Xatırladaq ki, avqustun 7-8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsi paraflanıb.

Xəbər 2866 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +