Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“
Rusiya Ukrayna ordusunun itkilərinin sayını AÇIQLADI


14.09.2025  21:04 

Biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi həll olunsun- Prezident





A+  A-

Ermənistan və arxasında duranlar torpağımızı geri qaytarmaq fikrində deyildilər.

XəzərNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib.

“Biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı”, – deyə dövlət başçısı bildirib.

Xəbər 3013 dəfə oxunub.




26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +